182 saylı məktəbdə qanunsuz pul yığılması ilə bağlı...

Bakunews.az-a bildirir ki, paytaxtın Binəqədi rayonunda yerləşən 182 nömrəli məktəbdə təhsil alan şagirdlərin valideynləri adıçəkilən təhsil ocağında 1 manat fond pulu, bayramlarda isə 20-50 manat civarında məcburi pul yığılması ilə bağlı məlumatlar daxil olmaqdadır.

Xaləddin İsgəndərovun qanunsuz əmrlərini və yerli icra nümayəndələrinin təkləblərinə boyun əyən təhsil ocağının rəhbəri Nazirliyin əmrlərini heçə sayaraq qanunsuzluqlara imza atmaqdadır.

Məktəbin bütün siniflərində müəllimlər üçün pul yığılır. Özü də məcburən. Verməyəndə də müəllimlər uşaqla üz-göz olur.

Bakı Şəhər Təhsil İdarəsinin mətbuat xidmətinin rəhbəri Arzu Tairquliyevanın sözlərinə görə, ümumtəhsil müəssisələrində, ümumiyyətlə, hər hansı bir məqsəd üçün pul yığılması qəti qadağan olunub və hər hansı bir məktəbdə belə bir halın baş verdiyi sübuta yetirildiyi təqdirdə müvafiq şəxslər barədə ciddi tədbir görüləcək. Həmin tədbirlərə töhmətdən tutmuş işdən azad olunmaya qədər bütün cəzalar aiddir.
Hal-hazırda məktəbdə davam edən qanunsuzluqlar sərhəd tanımır. birinci siniflərin smen dəyişikliyi üçün hər uşaqdan 20 azn tələbi üstə gəl qarşıdan gələn 8 mart Beynəlxalq qadınlar gününə 20-30 azn arası qanunsuz pul tələbi edildiyi bildirilir.

İnanırıq ki, Binəqədi rayon təhsili ciddi nəzarətə götürüləcək. Və bu sahədə olan boşluqlar aradan qaldırılacaq.