“Qalatasaray”da ciddi itki

“Qalatasaray” bir müddət müdafiəçi Ceyson Denayerin xidmətindən məhrum olacaq.

Oxu.Az-ın Türkiyə mətbuatına istinadən xəbər verir ki, belçikalı futbolçu Türkiyə Super Liqasının XX turunda “Sivasspor”la matçda zədələnərək sıradan çıxıb.

Ötən gün xəstəxanada müayinə olunan və MRT-si çəkilən oyunçunun qeyri-müəyyən müddətdə meydana çıxa bilməyəcəyi bildirilib.