Adil Kərimli Ağsuda vətəndaşları qəbul edəcək

Adil Kərimli Ağsuda vətəndaşları qəbul edəcək

Mədəniyyət naziri Adil Kərimli Ağsuda vətəndaşları qəbul edəcək.

Bu barədə Mədəniyyət Nazirliyindən məlumat verilib.

Bildirilib ki, qəbul yanvarın 23-ü saat 10:00-da Ağsu rayon Heydər Əliyev Mərkəzində keçiriləcək.

Qəbul zamanı Ağsu, Şamaxı, Qobustan, İsmayıllı rayonlarından olan vətəndaşların müraciətləri dinləniləcək. Vətəndaşlar 2026-cı il yanvarın 17-dək Nazirliyin info@culture.gov.az elektron poçt ünvanı, (012) 493-43-98 telefon nömrəsi vasitəsilə müraciət etməklə qəbula yazıla bilərlər.