Könül Kərimova qızını məcbur ərə verib? - Video

"ARB Ulduz"un "Virtual Həyat” verlişinin növbəti qonağı müğənni Könül Kərimova olub.

AZXEBER.COM xəbər verir ki, müğənni, qızınının məcburi evləndirdiyi ilə bağlı yayılan şaiyələrə açıqlama gətirib:

"İndi başqa dövrdür axı. Mən qızımı necə məcbur evləndirə bilərəm ki. Yaxınlarım deyirdi ki, bu evliliyə razılıq vermə! Ona görə deyirdilər ki, qız rayona gedəcək, bu mühitdən çıxıb o mühitə necə öyrəşəcək? Müəyyən çətinliklər vardı.

Mən yaxşı mənada çarəsiz qaldım. Onlar bir-birlərini sevməyə başladılar. Real bir şey etiraf edəcəm. Çünki bunu bütün rayon, qohum-əqraba bilir. Bu evliliyə ilk mənim istəyim olub. Əvvəlcədən kürəkənim qızımı, qızım da kürəkənimi görməmişdi”.

Sənətçi kürəkəninin xarakterindən də danışıb:

"Öz məclislərində elə yaxşı gülərüz idi ki. Bu, onun xarakterindən irəli gəlir. Hətta bir dəfə nişanda zarafat da etdim. Gedib yanına dedim ki, ay Orxan, biraz üzün gülsün də. Elə bilərlər ki, qızı sənə məcbur vermişəm. Gülür, gülür, sonra görürəm yenə sakit dayanır. Tanısanız, həyatda tamam başqa bir insandır”.