“Roskomnadzor” “Telegram”ın işini məhdudlaşdırmaqla bağlı qərar qəbul edib

“Roskomnadzor” “Telegram”ın işini məhdudlaşdırmaqla bağlı qərar qəbul edib

“Roskomnadzor” federal qanunvericiliyin tələbləri əsasında “Telegram”ın işini məhdudlaşdırmaqla bağlı qərar qəbul edib.

Bu barədə rəqəmsal inkişaf naziri Maksut Şadaev bildirib.

O qeyd edib ki, “Telegram” Rusiya Federasiyasından qadağan olunmuş məlumatları silmək üçün 150 min sorğuya məhəl qoymayıb.