Dolların indeksi cümə günü artır və bu həftə artıq bir ildən də çox müddət ərzində maksimum həddə qalxıb.
AzBaku.info oxu.az-a istinadən xəbər verir ki, bunu hərracların nəticələri göstərir.
Avronun dollara qarşı məzənnəsi 1,2215 dollaradək enib. Əvvəlki hərraclarda 1 avro 1,2247 dollar təşkil edirdi. Dollar Yaponiyanın pul vahidi iyenaya nisbətdə 108,41 iyenaya qədər enib. Əvvəlki hərraclarda 1 dollar 108,74 iyena təşkil edirdi.
Dolların indeksi (dolların ABŞ-ın əsas ticarət tərəfdaşı olan altı ölkə valyutasının səbətinə nisbətdə məzənnəsi) 0,31 faiz artaraq 90,51 bəndə çatıb.
Dolların indeksinin həftəlik dinamikası göstərir ki, valyuta 2016-ci ilin dekabr ayından daha çox bahalaşıb.