Partlayışlar fonunda Tehran Fond Birjasında ticarət dayandırılıb

Partlayışlar fonunda Tehran Fond Birjasında ticarət dayandırılıb

Tehran Fond Birjasında ticarət İran paytaxtında partlayışlar barədə xəbərlərdən sonra dayandırılıb.

Bu barədə "Tasnim" agentliyi məlumat yayıb.

Birjada əməliyyatlar yerli vaxtla saat 09:45-də dayandırılıb.

İran KİV-in məlumatına görə, Tehrandan başqa, İsfahan, Qum, Kərəc və Kirmanşah kimi şəhərlərdə də partlayış səsləri eşidilir.