Sürücü inzibati qaydada cəzalandırılıb
Dünən Avtosfer.az saytında “Belə "protiv" gedən hələ olmamışdı” yazı dərc edilmiş, videomaterial verilmişdi. Videoda sürücü əks istiqamətdə nümayişkaranə şəkildə hərəkət edirdi. Videogörüntü ilə bağlı Bakı şəhər Dövlət Yol Polisi iadrəsinin ictimaiyyətlə əlaqələr şöbəsindən Avtosfer.az-a verilən məlumata görə, artıq həmin sürücü aşkar edilib və cəzalandırılıb. İdarəndən verilən məlumatda bildirilir ki, 90 CJ 440 dövlət nömrə nişanlı “Nissan altima” markalı avtomobilin sürücüsü inzibati qaydada cəzalandırılıb. Onun barəsində inzibati xətalar məcəlləsinin 327.4-cü maddəsi ilə TYP 117775 nömrəli protokol tərtib edilib.
Qeyd edək ki, videonu sosial şəbəkələrdə Mahir Məmmədli adlı istifadəçi yaymışdı.