Kreml: Putin və Trampın İranla bağlı telefon danışığı gözlənilmir

Kreml: Putin və Trampın İranla bağlı telefon danışığı gözlənilmir

Rusiya Prezidenti Vladimir Putinlə ABŞ lideri Donald Tramp arasında ABŞ-nin İrandakı əməliyyatı məsələsinə dair telefon danışığı yaxın vaxtda planlaşdırılmır.

Bunu Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov bəyan edib.

"Xeyr, hələlik Trampla danışıq planlaşdırılmır, prezidentin qrafikində belə tədbirlər yer almır", - Peskov jurnalistlərə deyib.