Hamıyada məlum olduğu kimi ölkədə Prezident seçkilərinin irəli tarixə salınmasına görə, bununla bağlı yüksək səviyyədə hazırlığın getdiyi və bütün insanların problemlərinin dərhal həl edilməsi istiqamətində verilən tapşırıqlarında yer alması sadə vətəndaşlara və sahibkarlara dövlət qayğısının heç bir maniəsiz xalqa çatdırılmasıdır. Ölkə rəhbəri namizədliyini irəli sürərkən belə çıxışlarında məmurların xalqla hökümət arasında heç bir narazılığın yaradılmamasını qeyd etməsidə xalqın ona qarşı olan rəğbətin dahada artırmışdır. Prezident İlham Əliyevin son çıxışı zamanı məmurlara səslənərək onlara verdiyi tapşırığı görünür ki, Gömrük Komitəsində söz sahibi olan Faiq Seyidov səhv anlamda qəbul edib.
Prezident çıxışında qeyd edib ki, “Bütün hökumət qurumları elə işləməlidirlər ki, sanki bizdə neft amili yoxdur”. Amma F.Seyidov verdiyi qərarlarla sanki prezidentin verdiyi tapşırıqlara qarşı müharibə elan edilmiş kimi görünməkdədir. Sədərək Ticarət Mərkəzində fəaliyyət göstərən sahibkar və fiziki biznezlə məşğul olmağa çalışan şəxslərin durmadan zülmlə üzləşməsi artıq onların səsküylü müraciət etmələrinə səbəb olub. Çoxlu sayda sahibkarın BakuNews.az-a vasitəsi ilə Prezident İlham Əliyev cənablarına müraciət etmək istəyi məhz medianın ölkə rəhbərinin ilk dostu olduğunu bir daha ortaya qoymuşdur. Sahibkarlar bizə bildirib ki, Dövlət Gömrük Komitəsinin Karqolarda Çindən gələn mallarının STOP qoyulub. Kiçik sahibkarlıqla məşğul olan amma Komitənin gözündə böyük məbləğdə qanunsuz PULA bənzəyən vətəndaşlar onlara haqqsızlıq edildiyini və bunun məhz F.Seyidov tərəfindən törədildiyini bildiriblər. Mediada durmadan DGK-nin rəhbər vəzifələrini idarə edən şəxslərin korruptiv əməllərindən yazıların dərc edilməsinə baxmayaraq F.Seyidov özünün və ya kiminsə əmri ilə 1$ qiymətində olan çin malını brend markalı malların dəyərində ödəniş edilməsini tələb edir. Haqqsız tələblərin edilməsi isə sahibkar və fiziki şəxslərin haqqlı narazılığına səbəb olub. Azərbaycanda fəaliyyət göstərən bütün karqolarda vətəndaşlara məxsus mallara STOP əmri verən F.Seyidov seçki ərəfəsində böyük narazı kütlə yaratmaq cəhdində olduğu qənaitinə gəlmək mümkündür. DGK-da yaranan bu qalmaqalın zərərçəkənlərinin yaxın saatlarda Prezident İlham Əliyevə rəsmi ərizə ilə kütləvi şəkildə müraciəti olacağıda bildirilən məlumatlarda yer almaqdadır.