
Cənubi Qafqazda sülhün təmin olunması Türkiyə ilə türk dövlətləri arasında əlaqələri daha da gücləndirəcək.
Bunu Türkiyənin Vitse-prezidenti Cevdet Yılmaz jurnalistlərə açıqlamasında deyib.
O qeyd edib ki, Türk Dövlətləri Təşkilatının son dövrlərdə əldə etdiyi irəliləyiş çox dəyərlidir.
"Dünyada geosiyasi gərginliklərin artdığı, risk və qeyri-müəyyənliklərin yüksəldiyi bir dövrdəyik. Beynəlxalq qurumların və qaydaların zəiflədiyini görürük. Belə bir şəraitdə ikitərəfli münasibətlərin və regional inteqrasiyanın daha da önəmli olduğunu anlayırıq".


