Metro istifadəçilərinə ŞAD XƏBƏR

Bu gün "Həzi Aslanov" stansiyasında noyabr ayından əsaslı təmirə dayandırılmış "ET-5M" markalı 2 saylı eskalator sərnişinlərin istifadəsinə verilib.

"Bakı Metropoliteni" QSC-dən Milli.Az-a verilən məlumata görə, eskalatorun təmiri istismar qaydalarına uyğun olaraq aparılıb.

Qeyd edək ki, eskalatorlar, təlimat tələblərinə görə, qaçış məsafəsi göstərilmiş son texniki norma həddinə çatdıqda, əsaslı təmirə dayandırılır və bütün qovşaqlar yoxlanılaraq təftiş edilir, avdanlığın tam diaqnostikası aparılır və texniki tələblərə uyğun olaraq təmir edilir.

Xatırladaq ki, stansiyada 2 saylı eskalatorun təmir edildiyi müddət ərzində sərnişinlər digər iki eskalatorun xidmətindən rahat istifadə ediblər.