
İranda polis patrul xidmətinə hücum olub.
Sistan və Bəlucistan vilayəti polisinin informasiya mərkəzindən bildirilib ki, silahlı şəxslər Zahedan şəhərində polis patruluna atəş açıblar.
Hücum nəticəsində 1 nəfər ölüb, 3 nəfər yaralanıb.
Hücumu törədən şəxslər hadisə yerindən qaçıblar. Onların saxlanılması və şəxsiyyətlərinin müəyyən edilməsi istiqamətində əməliyyat tədbirləri davam etdirilir.(APA)


