
Azərbaycanda akkreditə olunmuş xarici diplomatlar bu gün "Laçın Aqro-Sənaye Parkı"nda olublar.
Onlara sənaye parkında istehsal edilən məhsullarla tanış olmaq imkanı yaradılıb.
Qeyd edək ki, Qarabağa və Şərqi Zəngəzura ikigünlük səfərdə ümumilikdə 62 ölkənin və beynəlxalq təşkilatın 150-dən çox səfiri, diplomatı, hərbi attaşesi və digər nümayəndəsi iştirak edir.
Bu, xarici diplomatik korpus nümayəndələrinin Azərbaycanın işğaldan azad edilmiş ərazilərinə 21-ci səfəridir.


