
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan dövlət səfəri ilə Qazaxıstana gedib.
Ölkə Prezidenti Kasım-Jomart Tokayevin dəvəti ilə baş tutan səfər iki gün çəkəcək.
Danışıqlar zamanı liderlər Qazaxıstan-Türkiyə münasibətlərinin cari vəziyyətini və inkişaf perspektivlərini müzakirə edəcəklər.
Bundan əlavə, prezidentlər Qazaxıstan və Türkiyə arasında Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının 6-cı iclasını keçirəcəklər.


