Mədəniyyət Nazirliyi Azərbaycan ədəbi dili ilə bağlı TV layihəyə başlayır

Mədəniyyət Nazirliyi Azərbaycan ədəbi dili ilə bağlı TV layihəyə başlayır

Mədəniyyət Nazirliyi ilə "Real TV" birgə layihəyə başlayır.

Bu barədə nazirlikdən məlumat verilib.

Qeyd olunub ki, müasir Azərbaycan ədəbi dilinin saflığının qorunması, cəmiyyətdə bununla bağlı məlumatlılığın artırılması məqsədilə "Redaktor" adlı televiziya layihəsi həyata keçiriləcək.

Layihə üzrə konkret nümunələr əsasında Azərbaycan dilinin orfoqrafiya və orfoepiyasına dair məlumat veriləcək. Bununla yanaşı, indiyədək yalnış bildiyimiz sözlərin də düzgünlüyünə toxunulacaq.