Qazaxıstan "TDT+" formatının yaradılmasını dəstəkləyir

Qazaxıstan "TDT+" formatının yaradılmasını dəstəkləyir

Qazaxıstan Türkiyənin "TDT+" formatının yaradılması təklifini dəstəkləyib.

Bunu Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev Türk Dövlətləri Təşkilatının (TDT) qeyri-rəsmi Zirvə görüşündə çıxışı zamanı bildirib.

O qeyd edib ki, bu formata qoşulmaq istəyən bütün ölkələr üçün aydın meyarlar olmalıdır.

K.Tokayev həmçinin TDT-nin hərbi alyans olduğu iddialarını rədd edib.