
Sabah pensiyaların ödənilməsi yekunlaşdırılacaq.
Bu barədə Dövlət Sosial Müdafiə Fondu məlumat yayıb.
Bildirilib ki, mayın 20-də respublika üzrə pensiyaların tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub.
Həmin gün güzəştli şərtlərlə pensiya hüququna malik şəxslərin də pensiyaları ödəniləcək.


