"Neftçi” Peşəkar Futbol Klubunun prezidenti Orxan Hüseynzadə şəxsi istəyi ilə tutduğu vəzifədən istefa verib.
Anews.az-ın klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, O.Hüseynzadə bu gün istefa ərizəsi ilə klubun təsisçisinə müraciət edib.
O.Hüseynzadənin istefası qəbul olunub.
Qeyd edək ki, Orxan Hüseynzadə həm də AFFA Klublar Komitəsinin sədridir.