Azərbaycan Premyer Liqasına vəsiqə uğrunda pley-off mərhələsinin ikinci iştirakçısı müəyyənləşəcək

Azərbaycan Premyer Liqasına vəsiqə uğrunda pley-off mərhələsinin ikinci iştirakçısı müəyyənləşəcək

Futbol üzrə Azərbaycan Premyer Liqasına vəsiqə uğrunda pley-off mərhələsinin ikinci iştirakçısı bu gün müəyyənləşəcək.

I Liqanın sonuncu - XXVII turunda "Mingəçevir" "Səbail"i qəbul edəcək.

Qarşılaşma Yaşar Məmmədzadə adına Mingəçevir şəhər stadionunun ehtiyat meydançasında, saat 17:00-da start götürəcək.

Görüşün baş hakimi FIFA referisi Elçin Məsiyev olacaq.

"Səbail" hazırda 50 xalla ikinci pillədə qərarlaşıb. "Mingəçevir" 48 xalla üçüncüdür.

Xatırladaq ki, I Liqada ikinci yeri tutan komanda Misli Premyer Liqasında 11-ci sırada yer alan "Qəbələ" ilə pley-off maçında üz-üzə gələcək.