Türkiyə MN Azərbaycanı Müstəqillik Günü münasibətilə təbrik edib

Türkiyə MN Azərbaycanı Müstəqillik Günü münasibətilə təbrik edib

Türkiyə Müdafiə Nazirliyi Azərbaycanı 28 May – Müstəqillik Günü münasibətilə təbrik edib.

Bu barədə nazirliyin "X" hesabında paylaşım edilib.

Paylaşımda Məhəmməd Əmin Rəsulzadənin “Bir dəfə yüksələn bayraq bir daha enməz!” sözlərinə yer verilib.

Bildirilib ki, 28 may 1918-ci ildə yüksələn müstəqillik ruhu bu gün Türkiyə və Azərbaycanın qəlbində yaşayır.

“Vətən uğrunda canlarından keçən əziz şəhidlərimizi mərhəmət və minnətdarlıqla xatırlayır və qəhrəman qazilərimizə təşəkkürümüzü bildiririk”, - paylaşımda deyilir.