
Tarif Şurasının iclasında 184 dərman vasitəsinin qiymətinin yuxarı həddi tənzimlənib.
Ticarət adı, farmasevtik forması, təsiredici maddəsinin adı, dozası, ticarət qablaşdırması, miqdarı, istehsal ölkəsi nəzərə alınmaqla, qiymətlərinin yuxarı həddi təsdiq edilmiş dərman vasitələrinin tam siyahısı Tarif (qiymət) Şurasının rəsmi internet saytının "Dərman vasitələri" bölməsində yerləşdirilib.
Qərar sabahdan qüvvəyə minəcək.


