KİV: İran Qətərdəki ABŞ Hərbi Hava Qüvvələri mərkəzini sıradan çıxarıb

KİV: İran Qətərdəki ABŞ Hərbi Hava Qüvvələri mərkəzini sıradan çıxarıb

İran Qətərin paytaxtı Doha yaxınlığındakı Əl-Udeyd hava bazasında yerləşən ABŞ Hərbi Hava Qüvvələrinin əməliyyat mərkəzini raket zərbələri ilə tamamilə sıradan çıxarıb.

Bu barədə "Air and Space Forces Magazine" jurnalı məlumat yayıb.

Jurnal, adı açıqlanmayan yüksək vəzifəli ABŞ rəsmisinə və İranın zərbələri ilə tanış olan digər mənbələrə istinadən komanda məntəqəsinə ciddi ziyana dəydiyini bildirib. Belə ki, baza birbaşa və çoxsaylı İran raketləri ilə vurulub.

Qeyd olunub ki, ABŞ-İsrail müharibəsinin ilk həftələrində baş verən hadisə zamanı komandanlıq mərkəzi istifadəyə yararsız hala düşüb. İddia olunub ki, İran bombardmanları zamanı obyekt ABŞ ordusu tərəfindən istifadə edilməyib və heyəti arasında itki olmayıb.

Mərkəzin şəxsi heyəti əvvəlcədən Cənubi Karolinadakı Şou Hərbi Hava Qüvvələri bazasına köçürülüb və oradan Amerikanın İrana qarşı hava kampaniyasına əməliyyat nəzarəti həyata keçirib.

Əl-Udeyd Hərbi Hava Qüvvələri bazası ABŞ Hərbi Hava Qüvvələrinin Yaxın Şərq və Cənub-Qərbi Asiyadakı Komandanının komandanlığı altındadır. Məntəqə Pentaqon tərəfindən Əfqanıstan, İraq, Suriya və Yəməndəki əməliyyatlar zamanı fəal şəkildə istifadə olunub.