Binədə mağaza yanıb

Binədə mağaza yanıb

Xəzər rayonu, Binə qəsəbəsi ərazisində mağazada yanğın olub.

Bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

Yanğınsöndürənlərin müdaxiləsi sayəsində ümumi sahəsi 200kv.m. olan tikinti materiallarının satışı mağazasında baş vermiş yanğın genişlənməsinə, o cümlədən bitişik yerləşən fərdi yaşayış evinə keçməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.

Yanğın nəticəsində mağazanın yanar konstruksiyaları 100kv.m. sahədə yanıb.

Mağazanın qalan hissəsi və bitişik ev yanğından mühafizə olunub.