Pakistanda hərbi helikopter qəzaya uğrayıb, bütün heyət həlak olub

Pakistanda hərbi helikopter qəzaya uğrayıb, bütün heyət həlak olub

Pakistanda ordu aviasiyasının "Mi-17" helikopteri qəzaya uğrayıb, göyərtədəki bütün şəxslər həlak olub.

Bu barədə Pakistan Silahlı Qüvvələrinin İctimaiyyətlə Əlaqələr üzrə İdarələrarası Xidmətinin (ISPR) mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, hadisə iyunun 10-da Müzəffərabad yaxınlığında baş verib. İlkin olaraq müəyyən edilib ki, helikopter texniki nasazlıq səbəbindən havaya qalxarkən qəzaya uğrayıb.

"Göyərtədəki bütün şəxslər həlak olub. Sağ qalan yoxdur", - bəyanatda qeyd olunub.

Aviaqəzanın təfərrüatları aydınlaşdırılır.