Bakıda məhkumun azadlıqda olarkən basdırdığı avtomat aşkarlanıb

Bakıda məhkumun azadlıqda olarkən basdırdığı avtomat aşkarlanıb

Bakının Nərimanov rayonunda məhkumun azadlıqda olarkən basdırdığı avtomat aşkarlanıb.

Bu barədə  Ədliyyə Nazirliyindən məlumat verilib.

Bildirilib ki, keçirilən əməliyyat-axtarış tədbiri nəticəsində Ədliyyə Nazirliyinin Penitensiar xidmətinin cəzaçəkmə müəssisəsində cəza çəkən məhkum tərəfindən həbs edilməmişdən əvvəl Bakı şəhəri, Nərimanov rayonu ərazisində yerləşən boş torpaq sahəsində basdırılaraq gizlədilmiş 1 ədəd "Kalaşnikov" markalı odlu silah, ona məxsus 1 ədəd daraq və 9 ədəd güllə aşkar edilərək götürülüb.

Faktla bağlı araşdırma aparılır.