Zaqatalada iki avtomobil toqquşub, sürücülərdən biri ölüb, digəri xəsarət alıb

Zaqatalada iki avtomobil toqquşub, sürücülərdən biri ölüb, digəri xəsarət alıb

Zaqatalada ölümlə və xəsarətlə nəticələnən yol qəzası baş verib.

Hadisə gecə radələrində Zaqatala şəhəri ərazisində qeydə alınıb.

Belə ki, "Tofaş" və BMW markalı avtomobillər toqquşub. Hadisə nəticəsində "Tofaş"ın sürücüsü, 41 yaşlı Orxan Orucov və BMW-nin sürücüsü, 30 yaşlı Əhməd Camalov xəsarət alıb.

Yaralılar xəstəxanaya çatdırılıb. Lakin xəsarətləri ağır olan O.Orucov xəstəxanada ölüb.

DİN-in Mətbuat Xidmətinin regional qrupundan bildirilib ki, faktla bağlı cinayət işi başlanılıb, araşdırmalar aparılır.