
Azərbaycan və İordaniya ümumvətəndaş pasportlarının sahibləri üçün qarşılıqlı viza rejimini ləğv edir.
Müvafiq sazişi Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov və onun iordaniyalı həmkarı Əymən Əs-Safadi imzalayıblar.
Bundan əlavə, XİN başçıları iki ölkənin hökumətləri arasında energetika sahəsində Anlaşma Memorandumu imzalayıblar.



