Keçən ilin avqust ayından təmirə dayandırılan “Bakı metropoliteni” QSC-nin “Sahil” stansiyası bu il iyulun 1-nə qədər təhvil veriləcək.
AzBaku.info oxu az-a istinadən xəbər verir ki, bunu qurumun mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayev bildirib.
N. Paşayevin sözlərinə görə, hazırda stansiyada korroziyaya məruz qalmış avadanlıqlar dəyişdirilir.
Eyni zamanda, eskalatorların quraşdırılması davam etdirilir.
Qeyd edək ki, bu il “Xətai” metrostansiyası təmirə bağlana bilər. “Sahil” stansiyası yayda istifadəyə verildikdən sonra “Xətai” metrostansiyasının təmirinə başlanması gözlənilir. Təmir işləri stansiyada olan eskalatorların 50 illik istismar müddətini başa vurması ilə əlaqədardır.