
Pakistanın Xarici İşlər Nazirliyi (XİN) ABŞ və İranı hərbi əməliyyatları başa çatdırmağa və mübahisəli məsələlərin həlli üzrə danışıqları bərpa etməyə çağırıb.
Bu barədə "İnterfaks" Pakistan XİN-in nümayəndəsi Tahir Andrabinin bəyanatına istinadən məlumat yayıb.
O qeyd edib ki, münaqişəni danışıqlar masası arxasında həll etmək lazımdır: "Pakistan tərəfləri zorakılığı dayandırmağa və anlaşma memorandumuna uyğun olaraq texniki danışıqları bərpa etməyə çağırmağa davam edəcək".
İyul ayında ABŞ Prezidenti Donald Tramp İrana zərbələri bərpa edib və atəşkəsin başa çatdığını hesab etdiyini bildirib.


