Mumbayda binanın çökməsi nəticəsində ölənlərin sayı 9-a çatıb

Mumbayda binanın çökməsi nəticəsində ölənlərin sayı 9-a çatıb

Mumbayda (Hindistan) dördmərtəbəli binanın bir hissəsinin çökməsi nəticəsində ölənlərin sayı 9-a çatıb.

Bu barədə "Hindustan Times" məlumat yayıb.

"Hazırda biz dağıntılar altından 8 nəfərin meyitini çıxarmışıq. Binanın 6 sakini və təmir işləri aparan 5 fəhlə itkin düşmüş hesab olunur", - təcili xidmətlərdən bildirilib.

Hadisə iyulun 30-u gecə saatlarında baş verib.