İlhamə Quliyevanın bankdakı pullarının məbləği açıqlandı – VİDEO

ARB TV-də yayımlanan “Səhər-Səhər verilişində maraqlı açıqlamalar verilib.

Oxu.Az xəbər verir ki, proqrama qonaq olan Əməkdar artist Firuzə İbadova mərhum Xalq artisti İlhamə Quliyevanın oğlu Orxanın hələ də ona borclu olduğunu söyləyib.

“Mən hamını ağ günə çatdırmışam. İndi öz pulumu niyə ala bilmirəm? Gələn-gedən hər kəs məni aldadır”, - deyə müğənni bildirib.

Daha sonra Əli Mirəliyev dünyasını dəyişən sənətkarın bankda 380 min manat pulu olduğunu bildirib:

“Bankda 380 min pulu var. Hələ brillantlarını, qızıllarını, maşınlarını, bağını, öz evini demirəm. Özü günahkardır. Gərək vaxtında borcu ödəyəydi”.