Husilər 50-yə yaxın gəminin Səudiyyə Ərəbistanına giriş-çıxışının qarşısını alıb

Husilər 50-yə yaxın gəminin Səudiyyə Ərəbistanına giriş-çıxışının qarşısını alıb

Husilər Səudiyyə Ərəbistanına qarşı tətbiq etdikləri blokada çərçivəsində 8 gəmiyə hücum edib, 48 gəminin giriş-çıxışının qarşısını alıb.

Bu barədə husilərin sözçüsü bəyanat yayıb.

O bildirib ki, bu rəqəmlər iyulun 20-də blokada tətbiq ediləndən sonrakı dövrə aiddir.

Belə ki, Ərəb dənizində 34, Qırmızı dənizdə isə 14 gəmi saxlanılıb.

Səudiyyə Ərəbistanı və ona bağlı olan qüvvələrə qarşı 14 hücum əməliyyatının keçirildiyi qeyd olunub.