
Pakistanın Bəlucistan əyalətində sentyabrın 1-nə keçən gecə gömrük binasına hücum baş verib, nəticədə təhlükəsizlik qüvvələrinin və gömrük xidmətinin 6 əməkdaşı həlak olub.
Bu barədə Qurumlararası İctimaiyyətlə Əlaqələr Xidmətinin (ISPR) bəyanatında bildirilib.
Məlumata görə, hücum Çaqay dairəsinin Nokçe rayonunda baş verib.
Bəyanata əsasən, Nokçedə və Pişin dairəsinin Ziarat-Kross ərazisindəki toqquşmalar zamanı daha 11 yaraqlı öldürülüb.


