
Qırğızıstan parlamenti (Joqorku Keneş – Qeyd) növbəti prezident seçkilərinin 27 yanvar 2027-ci ildə keçirilməsini təyin edib.
Prezident seçkilərinin keçirilməsi ilə bağlı qərarı iclasda iştirak edən 86 deputatın hamısı dəstəkləyib.
Qırğızıstan Konstitusiyasının 80-ci maddəsinin 2-ci hissəsinə əsasən, prezident seçkilərinin tarixini müəyyənləşdirmək səlahiyyəti parlamentə məxsusdur.
Qüvvədə olan seçki haqqında konstitusiya qanununa əsasən, növbəti prezident seçkiləri dövlət başçısının səlahiyyət müddətinin başa çatdığı ildə yanvar ayının dördüncü çərşənbə günü keçirilməlidir. Seçkilərin tarixi səsvermə gününə ən geci dörd ay qalmış parlament tərəfindən müəyyənləşdirilir.
Beləliklə, Qırğızıstanda növbəti prezident seçkiləri 27 yanvar 2027-ci ildə keçiriləcək.


