
Bakıda keçirilən "Formula 2" üzrə Azərbaycan Qran-prisində ikinci sıralama turu başlayıb.
Mübarizəyə saat 14:45-də start verilib.
Daha əvvəl ikinci dərəcəli pilotların sərbəst yürüşündə "Art Grand Prix" komandasından Kuş Maini ən yaxşı nəticəni göstərib.
Birinci sıralama turunda isə "Rodin Motorsport"dan Aleks Dann lider olub.
Xatırladaq ki, Bakıdakı Qran-pri sentyabrın 26-da başa çatacaq.


