
Azərbaycan Respublikası Prokurorluğunun bir qrup əməkdaşına ali xüsusi və ali hərbi rütbələr verilib.
Prezident İlham Əliyev bu barədə Sərəncam imzalayıb.
Sərəncamla ali xüsusi və ali hərbi rütbələr verilən əməkdaşlar aşağıdakılardır:
II dərəcəli dövlət ədliyyə müşaviri ali xüsusi rütbəsi
Sənan İsa oğlu Paşayevə – Naxçıvan Muxtar Respublikasının prokuroru
III dərəcəli dövlət ədliyyə müşaviri ali xüsusi rütbəsi
Emin Ramiz oğlu Mürsəliyevə – Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi rəisinin müavini
Asəf Vaqif oğlu Sarıkişiyevə – Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi rəisinin müavini
"ədliyyə general-mayoru" ali hərbi rütbəsi
Nihad Ənvər oğlu Şıxəliyevə – Azərbaycan Respublikası Hərbi prokurorunun müavini.


