Kamran Əliyev Gəncədə vətəndaşları qəbul edəcək

Kamran Əliyev Gəncədə vətəndaşları qəbul edəcək

Baş prokuror Kamran Əliyev cari il oktyabrın 7-də, saat 10:00-da Gəncə şəhər prokurorluğunun inzibati binasında şəhər sakinlərinin qəbulunu keçirəcək.

Bu barədə Baş Prokurorluğun Mətbuat xidməti məlumat yayıb.

Vətəndaşların qəbulla bağlı qeydiyyatı şəhər prokurorluğu tərəfindən həyata keçiriləcək.