Avropa Liqasının qrup mərhələsində III turun oyunları keçirilib. 12 qrupda yer alan 48 komanda növbəti matçlarına çıxıblar. "Everton" "Lion" matçında fransızlar 3 xala seviniblər. ( "Everton" - "Lion" - 1:2 )
Milli.Az Britaniya mediasına istinadla xəbər verir ki, matç zamanı azarkeşlərdən biri "Lion"un qapıçısına hücum edib. Qucağında uşaq olan şəxs "Lion"un qapıçısı Antoni Lopesin başına qapaz vurub. O, "Everton" oyunçuları ilə "Lion" futbolçuları arasında çıxan dava zamanı fürsətdən istifadə edərək Lopesi şillələyib. Mübahisə isə Aşli Uilyamsın Lopesi reklam lövhəsinə itələməsi ilə yaranıb.
Milli.Az görüntüləri təqdim edir: