Azərbaycan UEFA reytinqində bir pillə irəliləyib

Azərbaycan UEFA reytinqində bir pillə irəliləyib


Azərbaycan UEFA reytinqində bir pillə irəliləyib.

Bu, "Sabah"ın UEFA Çempionlar Liqasının əsas mərhələsinin II turunda Çexiyanın "Slaviya" komandasını məğlub etməsi (2:0) sayəsində mümkün olub.

Qalibiyyət sayəsində ölkənin aktivinə 0,500 əmsal əlavə olunub. Azərbaycan (24,187) hazırda reytinqdə 24-cü sıradadır. 25-ci mövqedə İsrail (24,125), 23-cü yerdə Ukrayna (24,337) qərarlaşıb.

Xatırladaq ki, UEFA reytinqində İngiltərə (104,019) liderdir.