
Yəmənin hökumət qüvvələri Təiz əyalətinin cənub-şərqində husilərin səkkiz saatdan çox davam edən hücumlarını dəf etdiklərini bildiriblər.
Bu barədə "Al Jazeera" Yəməndəki əməkdaşlarına istinadən məlumat yayıb.
Telekanalın məlumatına görə, Təiz şəhəri müntəzəm olaraq husilər tərəfindən raket atəşinə tutulur.
Daha əvvəl Təizdən cənub-şərqdəki Sabir əl-Məvadim rayonunda husilərin artilleriya və snayper atəşi nəticəsində bir qadın ölüb, daha beş nəfər yaralanıb.


