Sahibkarlar vergi güzəştlərindən yalnız birini seçə biləcəklər

Sahibkarlar vergi güzəştlərindən yalnız birini seçə biləcəklər

Azərbaycanda sahibkarların eyni fəaliyyət üzrə bir neçə gəlir və ya mənfəət vergisi güzəştindən istifadə etməsinə məhdudiyyət qoyulması təklif olunur.

Bununla bağlı Vergi Məcəlləsinə yeni maddələr əlavə edilir.

Layihəyə əsasən, fərdi sahibkarın sahibkarlıq fəaliyyəti ilə bağlı gəlir vergisi üzrə eyni zamanda birdən çox güzəşt hüququ yarandıqda həmin fəaliyyət üzrə güzəştlərdən yalnız biri tətbiq ediləcək.

Bu zaman məbləğcə ən böyük olan güzəşt əsas götürüləcək.

Eyni qayda hüquqi şəxslərə də şamil olunacaq.

Belə ki, hüquqi şəxsin sahibkarlıq fəaliyyəti ilə bağlı mənfəət vergisi üzrə birdən çox güzəşt hüququ olduqda məbləğcə ən böyük olan güzəşt veriləcək.

Yeni qaydalar Vergi Məcəlləsinin 102.11-ci və 106.12-ci maddələrində nəzərdə tutulur.

Dəyişiklik qəbul olunarsa, sahibkarlar eyni fəaliyyət üzrə güzəştləri toplamaq əvəzinə, daha yüksək məbləğdə vergi üstünlüyü təmin edən güzəştdən yararlana biləcəklər.