Azərbaycanın keçmiş vəzifəli şəxsi həbsdə ölüb

Bakıda məhkum xəstəlikdən ölüb.

AzBaku.info APA-ya istinadən xəbər verir ki, hadisə Penitensiar Xidmətin Müalicə Müəssisəsində qeydə alınıb.

Orada saxlanılan Rövşən Balaqardaş oğlu Hüseynov xəstəlikdən vəfat edib.

Qeyd edək ki, R. Hüseynov Kənd Təsərrüfatı Naziriliyi “Aqrolizinq” ASC-nin Salyan filialının rəhbəri işləyib. O, 2015-ci ilin mart ayında İrandan Azərbaycana qaçaqmalçılıq yolu ilə külli miqdarda narkotik keçirməkdə ittiham olunaraq saxlanılıb. R.Hüseynov həbs ediləndən sonra tutduğu vəzifədən azad olunub.