Dünyasını dəyişən ginekoloq Səbinə Mirzəyeva kimdir? – FOTO + VİDEO

Tanınmış mama-ginekoloq Səbinə Mirzəyeva bu gün dünyasını dəyişib.

Oxu.Az xəbər verir ki, cərrah mama-ginekoloq Dr. Səbinə Mirzəyeva 1978-ci ildə, Bakıda anadan olub.

2001-ci ildə Azərbaycan Tibb Universitetini fərqlənmə diplomu ilə bitirib.

2001-2003-cü illərdə Milli Onkologiya Mərkəzində cərrah onkoginekoloq kimi fəaliyyət göstərib.

Dünyasını dəyişən ginekoloq Səbinə Mirzəyeva kimdir? – FOTO + VİDEO

2003-2012-ci illərdə Mərkəzi Neftçilər Xəstəxanasında cərrah mama-ginekoloq işləyib.

2012-ci ildə Almaniyanın Hamburq şəhərində yerləşən Eppendorf Universitetinin mama-ginekologiya kafedrasında yüksək riskli hamiləlik və doğuş üzrə təhsil proqramına yiyələnməklə riskli cərrahi əməliyyatlar və doğuşlar zamanı uğurlu nəticələr göstərib.
Dünyasını dəyişən ginekoloq Səbinə Mirzəyeva kimdir? – FOTO + VİDEO

Obstetetrik ve Ginekologiyaya aid çoxsaylı konfrans və konqreslərin iştirakçısı olub. 17 il iş təcrübəsi nəticəsində mama-ginekologiya sahəsində çoxsaylı cərrahi əməliyyatlar və doğumlar icra edib
Dünyasını dəyişən ginekoloq Səbinə Mirzəyeva kimdir? – FOTO + VİDEO

Diplom və sertifikatları:

“Ulusal Üreme Endokrinolojisi ve infertilısı Kongresi”, 16-19 oktyabr 2008-ci il. Antalya, Türkiyə.

“Effects Of ART and Endometriosis On Pregrancy Outcome”, 27-28 fevral 2017-ci il. Sofiya, Bolqarıstan.

“22rd Congress of The World Assocoation for Sexual Health”

“32rd Annual Meeting of ESMRE”, 2-5 iyul 2016-cı il.

“10th Conress of the Evropean Society of Gynecolgy”, 18-21 sentyabr. Brüssel.

“The World Congress on BCGİP”, 30 may - 2 iyun 2013-cü il. İstanbul.

“25th European Congress of Obstetrics and Gynecology” in conjunction with 15th Congress of Turkish Society of Obstetrics and Gynecology, 17-21 may 2017-ci il. Antalya, Turkiyə.

Vəfatından öncəyə qədər “Baku Medical Plaza”da cərrah mama-ginekoloq vəzifəsində çalışıb.

Ailəli olub, Süleyman və Tamerlan adlı iki oğlu yadigar qalıb.