Taleh – Rasilə cütlüyü rayonda dözülməz vəziyyət yaradıb
Gözəl təbiəti və qonaqpərvər insanları ilə seçilən Ləhkəran rayonu ağır günlərini yaşamaqdadır. 2012 – ci ildə rayona icra başçısı təyin olunan Taleh Qaraşovun yarıtmaz fəaliyyəti lənkəranlıların narazılığına səbəb olub. Lakin cəzasız mühitdə istək və tələblərini həyata keçirən icra başçısından olunan şikayətlər nəticə verməməkdədir.
Realliqinfo.org - un apardığı araşdırmalar və rayon sakinlərinin müraciətlərindən bəlli olur ki, Lənkəran icra başçısı və qohumları ölkə qanunlarına məhəl qoymadan fəaliyyət göstərirlər. Taleh Qaraşovun icra başçısı təyin olunmasında əməyi olan FHN rəhbəri Kəmaləddin Heydərovun da indi ona sözü keçmədiyini söyləyənlər az deyil. Bu deyimlərin həqiqət olub olmadığını söyləməkdə çətinlik çəksəkdə, bir fakt hamıya bəllidir – K.Heydərovun icra başçısı olan kadrları insanlara xüsusi divan tutmaqda öndə gedirlər. Taleh Qaraşovun da onlardan seçilmədiyinin şahidiyik.
Lənkəranın fəryadını eşidən olacaqmı?
Lənkəranlıların rast olduğu problemləri sadalamaq və onları bir yazıya yerləşdirmək imkanına malik deyilik. İcra başçısı işlədiyi illərdə rayonda problemlərin həllinə deyil, yenilərinin yaranmasına çalışan Qaraşovun kadr siyasəti də bərbad gündədir. Ən maraqlısı isə icra başçısı bütün səlahiyyətlərinin icrasını müavini və gizli əlaqələri ilə diqqətə düşən Rasilə Arif qızı Əliyevaya verməsidir.
Icra başçısının müavini - İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri təyin olunandan sonra rayonda uşaq bağçalarının qəniminə çevrilən Rasilə Əliyeva, ildə onlarla şəxsi işdən çıxararaq və yerlərinə yeni, təcrübəsiz və təhsili olmayanları işlə təmin edib. Lənkəranda xüsusi ad çıxaran bu xanımın fəaliyyəti ən çox maraqlarının təminatı halında işə qəbulu təşkil etməkdir.
Realliqinfo.org – un araşdırmalarından məlum olur ki, Rasilə Əliyevanın təklifi və tələbi ilə son bir ildə icra hakimiyyəti aparatının 10- a yaxın işçisi vəzifəsindən azad edilib. İcra başçısının ən çox istədiyi müavininin tələbləri dərhal icra olunur. Lakin işdən çıxarılan təcrübəli və savadlı kadrların yerinə təcrübəsiz, savadsız, lakin maddi imkanı yuxarı olan şəxslər işlə təmin edilib. Realliqinfo.org – un aşkara çıxardığı faktlara diqqət edək:
Xan Lənkəranın fəryadını eşidən olacaqmı?
Əsədzadə Əli hüquqi təhsili olmadan İcra hakimiyyətinin Yetkinlik yaşına çatmayanların hüquqlarının müdafiəsi ilə məşğul olan şobəsinə müdir vəzifəsinə gətirilib. Qəyyumluq qaydaları və qanunun tələblərini bilməyən şəxsin Rasilə Əliyeva ilə yaxın olması ona bu vəzifənin verilməsinə imkan yaradıb. Boşanmalar zamanı yaranmış mübahisələri daha da qızışdıran bu məmurun fəaliyyətindən narazı olanlar çoxdur.
- Nuranə Fərzullayeva kimya müəlliməsi olsa da İcra aparatının ümumi şöbəsində əsas səlahiyyət sahibidir. Bu səlahiyyəti ona “padruqası” Rasilə Əliyeva verib.
- Rayonda yerləşən bütün uşaq bağçalarına müdirləri özü təyin edən müavinin tələbləri də ağırdır. Bu tələblərə iş qaydaları və qanunla idarəetmə daxil deyil. Rasilə Əliyevanın şəxsi istəkləri hər şeydən öndə gəlir və bu özəl qaydalara əməl edənlər qanunları pozsalar belə toxunulmazlıq statusu alırlar.
- Telefonla aralarında yaranmış mübahisəyə görə aparatın iqtisadiyyat şöbəsinin işçisi Elçin Məlikovu işdən qovub. Ona aid olmayan şöbənin işçisini hədələməkdən belə çəkinməyən Rasilə Əliyeva icra hakimiyyətini şəxsi mülkinə çevirib. Təcrübəli və savadlı E.Məlikovun müavinin özəl qaydalarına tabe olmaqdan imtina etməsi onu işsiz qoyub.
- Hüquq şöbəsinin işçisi Cavidan Hüseynovu hədələyərək onu işdən çıxmağa dair ərizə yazdırmağa məcbur edib. Haqsızlıqla barışmayan C.Hüseynov icra başçısının sevimli müavinin tələbini icra edib.
- Daha bir yaxını Quluzadə Günəşi işlə təmin edib. Baxmayaraq ki, Quluzadə, Beynəlqxalq Universitetin saxta diplomu var və bu diplomun hüquqi statusu yoxdur.
Bu kimi faktları sadalamaqla bitmir. Seçkiqabağı ciddi narazılıqların və Lənkəranda bir sıra problemlerin səbəbkarı olan Rasilə Əliyevanın qanunsuz əməlləri Taleh Qaraşov tərəfindən dəstəklənir. Müavinin bütün istəklərinə “hə” cavabı verən icra başçısının “sirli” münasibətinin arxasında görəsən nə dayanır? Lənkəranda dil əzbərinə çevrilən Taleh – Rasilə cütlüyünün səmimi münasibətləri insanlarda birmənalı qarşılanmır. Müavinin ildə xərclədiyi pullar, xarici ölkələrdə istirahət, dəbdəbəli evlər və avtomobillər çox suallrın yaranmasının səbəbidir. Biz, Realliqinfo.org olaraq bu münasibətin əsl mahiyyətini açıqlamağa çalışacağıq. Ümid edirik ki, lənkəranlıların şikayətləri və haqlı narazılıqları aidiyyatı qurumları hərəkətə gətirəcək və icra başçısı Taleh Qaraşovun qanunsuz fəaliyytətinə son veriləcək.
Mövzuya qayıdacağıq.