Vilyam Hacıyev İmişli İcra Hakimiyyətinin ''rəqqas'' sektor müdirinin atası ilə də ''anlaşdı''

Zi
ya Paşayevə ultimatum verən Vilyam Hacıyevə sektor müdiri birdən – birə nədən “əsrin gözəli” və ya “dağlar maralı” təsiri bağışladı?


Artıq bir neçə gündür ki, İmişli rayon İcra Hakimyyətinin İnformasiya təminatı və təhlili sektorunun müdiri Paşayev Ziya Əlsafa oğlunun “Ölkəmizi tanıyaq” tur-aksiyası çərçivəsində avtobusda azyaşlı məktəblilərin qarşısında məmura yaraşmayan formada əcaib rəqs etdiyi ilə bağlı videogörüntü kütləvi tirajlanır. Sektor müdiri ölkə mətbuatında tirajlanan videogörüntünü İmişli rayon İcra Hakimiyyətinin başçısı Vilyam Hacıyevdən bir neçə gün gizlətməyə nail olsa da, sonda Prezident Admnistrasiyasından edilən zəng hər şeyi ortaya çıxarıb. Ziya Paşayevə səhvini düzəltmək üçün bazar ertəsinə qədər vaxt verən Vilyam Hacıyev bu gün (09.04.2018-ci il) sektor müdirinin atası Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin tabeçiliyndə olan Mərkəzi Muğan Kollektorlarının İstismarı idarəsinin mühəndisi Əlisəfa Paşayevlə görüşüb.
Vilyam Hacıyev İmişli İcra Hakimiyyətinin ''rəqqas'' sektor müdirinin atası ilə də ''anlaşdı''

İmişlidəki mənbədən BakuNews.az-a daxil olan məlumatda bildirilir ki, Ziya Paşayev atası Vilyam Hacıyevin kabinetindən çıxandan sonra icra başçısının otağına çağırılıb. Bir neçə dəqiqə otaqda qalandan sonra gülümsəyə - gülümsəyə otaqdan çıxan sektor müdiri nəticə ilə bağlı ona sual verənlərə: “Başçı mənə saytlarda yazılanlara fikir vermə, get işində ol dedi” – deyə cavab verib. Əgər sektor müdiri işində olacaqdısa bəs nədən ona bazar ertəsinə qədər zaman verilmişdi? Nədən Ziya Paşayev telefon dəstəyindən asılaraq baş redaktorlara videogörüntünü saytlardan çıxarmaq üçün yalvarırdı? Görəsən nə dəyişdi? Ziya Paşayevə ultimatum verən Vilyam Hacıyevə sektor müdiri birdən – birə nədən “əsrin gözəli” və ya “dağlar maralı” təsiri bağışladı? Mənbənin verdiyi məlumata görə əslində baş verən hadisə birinci deyil. Yəni İmişlidə hər hansı məmur səhv edəndə Vilyam Hacıyev sadəcə əsir və guruldayır. Amma yağmır.

Necə ki, iki il öncə İmişli rayon Maliyyə İdarəsinin rəisi Rəhim Rəhimov toy məclislərinin birində sərxoş vəziyyətdə bədənə xəsarət yetirməklə xuliqanlıq etmişdi. Bir neçə ay idarə rəisinin vəzifəsindən kənarlaşdırılmasına nail olan Hacıyev sonucda onu da iş otağında qəbul etmişdi.
Vilyam Hacıyev İmişli İcra Hakimiyyətinin ''rəqqas'' sektor müdirinin atası ilə də ''anlaşdı''

Rəhim Rəhimovda Vilyam Hacıyevin otağından gülərək çıxmış və “hər şeyə yenidən başlayacam” bəyanatını vermişdi. Xatırladaq ki, bu həmin Rəhim Rəhimovdur ki. Prezident iradəsinə qarşı çıxaraq 50 illik yubileyini rayondakı restoranlardan birində xüsusi təmtəraqla keçirmişdi. Və Vilyam Hacıyev ona hətta irad belə bildirməmişdi. O zaman Rəhim Rəhimovun “xüsusi məharətlə” Vilyam Hacıyevin “bığının” altından keçdiyi haqda kluarlarda informasiyalar dolaşdı. Lakin məsələ bununla da bitmədi. İmişli Suvarma Sistemləri idarəsinin müdiri Nizami Məmmədovda İmişli Maliyyə idarəsinin müdiri Rəhim Rəhimovdan “nümunə” götürərək, o da 50 illik yubileyini paytaxtın ən bahalı restoranlarından birində - “ALTUN”da keçirdi. BakuNews.az yubileyin foto və videogörüntüsünü təqdim etsə də, Vilyam Hacıyev yenə də məsələni ört – basdır etməyə çalışdı.

O zaman Nizami Məmmədovun əlində 60 min manatla Vilyam Hacıyevin bığının altından keçməklə canını qurtardığı informasiyası yayıldı. Deməli nə edirsən et, sadəcə bığ altından keçməyi bacar. Mənbənin verdiyi məlumata görə bu gün İmişl İcra Hakmiyyətinin sektor müdiri Ziya Paşayevin atası da Rəhim Rəhimov və Nizami Məmmədovun getdiy “yolla” gedib. Əslində bu hərəkəti ilə Vilyam Hacıyev rəhbərlik etdiyi rayonun dövlət görəvlilərinə sanki mesaj verir: Nə istəyirsiniz edin. Məndə tük bitən yer çoxdur.

Mövzuya qayıdacağıq.
Yazıda adı çəkilən hər kəsin mövqeyini dərc etməyə hazırıq.