“Real”ın ulduz futbolçusu Kriştino Ronaldonun “Bavariya”ya vurduğu akrobatik qolu təqlid etməyə çalışan argentinalı jurnalist Manuel Sanşez bədbəxt hadisə ilə üzləşib.
Yenicag.az xarici KİV-ə istinadən xəbər verir ki, Ronaldonun Çempionlar Liqasının 1/4 final matçında atdığı qol hələ də yaddaşlardan silinməyib. Argentinalı jurnalist eyni qolu təkrarlamaq istəyərəkən ayağını sındırıb.
Daha sonra o, “İnstagram”da fotosunu paylaşaraq “Bağışla, Ronaldo… Eynisini bacarmadım” yazıb.