Dünyanın ən böyük təyyarəsi olan “Stratolaunch” uçuşa hazırlaşır.
Oxu.Az xəbər verir ki, qanadları bir futbol meydançasından daha geniş olan təyyarənin ilk uçuşu həyata keçirəcəyi tarix açıqlanıb.
Bu il dördüncü dəfə keçirilən Kosmos Simpoziumu çərçivəsində hazırlanan təyyarə ilk test uçuşunu yay aylarında həyata keçirəcək.
226 ton ağırlığa malik olan təyyarə 250 ton yükgötürmə qabiliyyətinə malikdir.
Mohavi səhrasında xüsusi bir anbarda istehsal edilən hava gəmisi altı təyyarə motoru ilə işləyəcək. 28 təkərdən dəstək alır.
15 metr quyruq uzunluğuna malikdir. Səkkiz min 200 min kvadratmetrlik bir anbarda istehsal edilib.
Qanadları 117 metrdir. Əkiz gövdəsi olan təyyarənin kosmos araşdırmalarındakı xərcləri azaldacağı gözlənilir.
Ənənəvi raket qalxmasına alternativ olan bu texnika peyklərin daşınmasını həyata keçirəcək.