Xəbər verdiyimiz kimi oktyabrın 23-də Bakıya etap edilən zaman Biləcəri dəmiryol stansiyasında qaçan kriminal avtoritet “Qoca” ləqəbli Etibar Məmmədov öldürülüb. Bu barədə məlumatı Baş Prokurorluğun mətbuat xidməti də təsdiqləyib.
Məhkumlara qarşı hansı hallarda silah işlətmək olar?
AzBaku.info verir ki, Femida.az Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsinə əsasən, cəzaçəkmə müəssisələrində təhlükəsizlik tədbirləri və onların tətbiqinin əsasları maddəsində qeyd olunan suala aydınlıq gətirib.
Belə ki, cəzaçəkmə müəssisələrinin işçi heyətinin qanuni tələblərinə tabe olmayan, onlara müqavimət göstərən, kütləvi iğtişaşlarda, insanların girov götürülməsində iştirak edən, vətəndaşlara hücum edən və ya digər ictimai təhlükəli hərəkətlər törədən məhkumlara, həmçinin məhkumların cəzaçəkmə müəssisəsindən qaçması və ya qaçanların tutulması zamanı göstərilən hüquqazidd hərəkətlərin, habelə bu məhkumların ətrafdakı insanlara və ya özlərinə ziyan vurmasının qarşısının alınması, hazırlanan və ya törədilən cinayətlərin qarşısının alınması məqsədilə təhlükəsizlik tədbirləri (fiziki qüvvə, xüsusi vasitələr, xidməti itlər və odlu silah) tətbiq edilə bilər.
Cəzaçəkmə müəssisələrində qalmaqal salan məhkumlara qarşı əl qandalı, işçi heyətinə fiziki müqavimət göstərən və ya digər zorakılıq hərəkətləri edən, habelə mühafizə altından qaçan məhkumlara qarşı isə fiziki qüvvə, xüsusi vasitələr və xidməti itlər tətbiq edilə bilər.
Müəyyən müddətə azadlıqdan məhrumetmə və ömürlük azadlıqdan məhrumetmə növündə cəzaya məhkum olunmuş şəxslər cəzaçəkmə müəssisələrinin işçi heyətinin və ya başqa şəxslərin həyatı üçün bilavasitə təhlükə törədən basqınlar, yaxud da qəsdən başqa hərəkətlər etdikdə, habelə mühafizə altından qaçdıqda, göstərilən hərəkətlərin qarşısını başqa tədbirlərlə almaq mümkün olmadıqda, müstəsna tədbir kimi odlu silah tətbiq edilməsinə yol verilir.
Kimlərə qarşı atəş açmaq olmaz?
Məcəllədə bununla bağlı maddədə qeyd olunur ki, qadınlar və yetkinlik yaşına çatmayan şəxslər cəzaçəkmə müəssisəsindən qaçdıqda, onlara qarşı odlu silah tətbiq edilməsinə yol verilmir.
Mövzu ilə əlaqədar
Həbsxanadan qaçan “Qoca” atışmada öldü – TƏFƏRRÜAT
Məhbusa görə həbs olunan Fədayə: Günlərlə onun yanında qaldım
“Qoca”nın qaçmasına kömək edən Günay Atakişiyeva danışdı