Bakıda “Formula 1”-də həyəcanlı anlar - VİDEO

“Formula 1” üzrə Azərbaycan Qran-prisində təhlükəli anlar yaşanıb.


Oxu.Az-ın xəbərinə görə, yarış zamanı trasa ağac budağı düşüb.

Operatorun göstərişindən sonra marşallardan biri bolidlər keçidi zamanı yaranan fasilədən istifadə edərək yola çıxıb və budağı götürüb.

Onun hərəkəti alqışlarla qarşılanıb.